MEK-in baş direktoru fəxri fərman və diplomla təltif olunub

17-10-22

AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev 60 illik yubileyi münasibətilə fəxri fərman və diplomla təltif olunub. Fəxri fərmanlar və diplom professor Məmməd Əliyevin çoxşaxəli elmi fəaliyyətinə və xidmətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov tərəfindən təqdim olunub.