MEK əməkdaşları kitabxanaların tarixi mövzusunda beynəlxalq konfransda çıxış edib

24-05-23

23-24 may 2023-cü il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində “Kitabxanaların tarixi: yeni yanaşmalar, metodlar, mənbələr, nəticələr” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Rusiya Dövlət Kitabxanası və RF Kitabxanalar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan konfransda MDB ölkələrindən bir çox alim və tədqiqatçılar iştirak edib. Konfransda Azərbaycanı AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, dosent Şəhla Tahirqızı, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova təmsil ediblər. Onlayn şəkildə qoşulan əməkdaşların “AMEA Mərkəzi Elmi Kitabxanası Böyük Vətən Müharibəsi illərində” mövzusunda məruzələri dinlənilib. Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.