MEK əməkdaşları beynəlxaq “Vikidata-2022 İstanbul” konfransına qatılıblar

28-10-22

AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resursları şöbəsinin əməkdaşları - Rövşən Məmmədli, Xəyalə Məmmədli, Nuray Tanrıverdiyeva və Rəcəb Həsənbəyli Rəqəmsal İnformasiya Assosiasiyası və Türk Dilləri Vikimedia Qrupu tərəfindən təşkil edilən “Vikidata-2022 İstanbul” konfransında iştirak ediblər. Rusiyanın Başqırdıstan, Saxa, Tatarıstan muxtar respublikalarından, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan türk vikipediyaçıların iştirak etdikləri konfransda əməkdaşlarımız Azərbaycandan 11 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil ediblər. İstanbulun Üsküdar Universitetində keçirilən və üç gün davam edən tədbirdə Vikiverilənlərin önəmi, işlədilən kodlaşdırılmalar haqqında geniş məlumat verilib. Konfrans müddəti əməkdaşlarımız MEK-də “Vikipediya” və “Vikidata” sahəsində görüləcək işlər barədə, xüsusilə Türk dünyası, Türkiyə bağlı, Türk dünyası-Azərbaycan əməkdaşlığı ilə bağlı “Vikipediya”da yaratdıqları geniş həcmli məqalələrlə bağlı məlumat veriblər. Onu da qeyd edək ki, iştirakçılar Türkiyə tərəfindən müsabiqə yolu ilə seçilib. Seçimdə son illərdə Azərbaycan və Türk xalqları "Vikipediya"sında aktiv olan istifadəçilərə üstünlük verilib. Konfransda MEK ilə Türk ölkələri təşkilatları, "Vikimedia Topluluğu Türk Dilləri İstifadəçi qrupu" arasında qarşılıqlı əməkdaşlığın təməli də qoyulub.