MEK EBSCO məlumat bazasına girişi təmin edib

06-11-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) EBSCO məlumat bazasına sınaq müddəti üzrə pulsuz girişi təmin edib. Azərbaycan kitabxanalarında ən çox müraciət olunan, bir çox elmi informasiya resursları ilə zəngin olan məlumat axtarış bazasına MEK oxucularının 30 noyabr 2023-cü ilədək pulsuz giriş imkanları mövcuddur. Aşağıdakı linkə daxil olub qeydiyyatdan keçib müxtəlif mövzularda vebinarları izləmək mümkündür. https://more.ebsco.com/RU-EBSCO-Training-Portal.html