MEK-ə şair-publisist Şükür Müseyiboğlunun kitabları daxil olub

19-06-23

AMEA Mərkəzi Elmi Kitabxanasına Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Şükür Müseyiboğlunun “Yurdumda bir daş olaydım...”, “Şuşada ikinci ömrüm” kitabları daxil olub. “Yurdumda bir daş olaydım...” kitabı Şükür Müseyiboğlunun məktəb illərindən tutmuş, müharibə başlayan ana qədərki dövrü əhatə edir. O, ömrün acılı və şirin xatirələrini ağ kağızlara köçürməklə ömür yaddaşını təzələməyə çalışıb. Kitabda, həmçinin doğma yurdunun toponimləri və onun yaradılış tarixi qələmə alınıb, vətəninin tarixi keçmişinə də nəzər salınıb.