MEK-ə «Гейдар Алиев – взгляд из России» (“Heydər Əliyev – Rusiyadan baxış”) adlı monoqrafiya daxil olub

21-07-23

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) «Гейдар Алиев – взгляд из России» (“Heydər Əliyev – Rusiyadan baxış”) adlı monoqrafiya təqdim olunub. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyərli nəşrin müəllifləri Novosibirsk Dövlət Texniki Universitetinin professoru, iqtisad elmləri doktoru Mixail Konstantinoviç Çernyakov və Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin dosenti, iqtisad elmləri namizədi Kamal Çolu oğlu Əkbərovdur. Kitabda Ümummilli Lider Heydər Əliyevin dünya siyasətində oynadığı rol, mehriban qonşuluq və dostluq sınaqlarından məharətlə çıxmağı bacarmış Azərbaycan-Rusiya münasibətlərinə olan töhfəsindən ətraflı bəhs edilib. Monoqrafiyada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.