MEK-ə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən texniki-populyar seriyadan nəşrlər daxil olub

13-03-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) texniki-populyar seriyadan nəşrləri daxil olub. Hədiyyə olaraq təqdim edilən və 16 kitabdan ibarət texniki-populyar seriya ölkəmizin tarixində ilk dəfə olaraq nəşr edilib. Nəşrlərin sırasında “İnformatika” iki hissədə , “Hüdudsuz kimya” iki hissədə, “Ölçmələr və cihaz mühəndisliyi”, “Populyar mexanika”, “Elektronika dünyasına səyahət”, “Populyar iqtisadi məlumatlar”, “Geologiya – yeraltı və yerüstü sirlər dünyası”, “Seçdiyiniz peşə - sizin gələcəyinizdir”, “Enerji: keçmiş və gələcək vektorların kəsişməsində”, “Geofizika yer təkinin güzgüsüdür”, “Azərbaycanın faydalı qazıntıları müstəqil dövlətimizin təminatçısıdır”, “Fizika bugünkü həyatımızda”, “Elektronikanın əsasları: dövrələr, metodlar və tətbiqlər” iki hissədə. ADNSU-nun 100 illik yubileyinə həsr olunmuş və nəfis tərtibatı ilə seçilən bu kitablar müxtəlif texniki elm sahələrini əhatə edir və İstanbul şəhərində işıq üzü görüb. Kitablar müəllimlər, elmi-tədqiqat işçiləri, doktorantlar, bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr üçün faydalı mənbələrdir.