MEK-də ödənişsiz göz müayinəsi aksiyası keçirilib

14-04-23

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına ödənişsiz göz müayinəsi aksiyası keçirilib. Focus Optika MMC-nin peşəkar oftalmoloqlar tərəfindən üç gün ərzində kitabxana əməkdaşları, eləcə də AMEA-nın digər qurumlarında çalışanlar müayinə olunublar. Burada onların görmə qabiliyyətləri müəyyənləşdirilib, məsləhətlər və ambulator müalicə üçün müvafiq reseptlər yazılıb. Qeyd edək ki, sosial aksiya görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı və MEK rəhbərliyinin dəstəyi ilə həyata keçirilib.