MEK-də “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcək

20-10-23

28-29 noyabr 2023-cü il tarixlərində AMEA Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın işi aşağıdakı istiqamətlər üzrə planlaşdırılır: 1. Multikulturalizmin inkişafında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rolu; 2. Heydər Əliyev və Azərbaycanda kitabxanaşünaslıq elmi; 3. Heydər Əliyev və Azərbaycan mədəniyyəti; 4. Multikultural cəmiyyətdə kitab mədəniyyəti və kitab nəşri; 5. Multikultural cəmiyyətdə müasir tələblər və çağırışlar; 6. Multikulturalizmin Azərbaycan modeli: tarixi ənənələr və perspektivlər; 7. Türk xalqlarının multikultural dəyərləri; 8. Postsovet ölkələrində multikultural ənənələr; 9. Kitabxanalar milli dəyərlərin və tarixi irsin qorunması bazası kimi; Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus Konfransın əsas tarixləri: Tezislərin göndərilməsinin son tarixi 30 oktyabr 2023-cü il Konfrans proqramının elan olunması 20 noyabr 2023-cü il Konfransın keçirilməsi tarixi 28-29 noyabr 2023-cü il Tezislərin nəşri dekabr 2023-cü il Konfrans kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq, mədəniyyətşünaslıq, arxivşünaslıq, fəlsəfə, tarix, sosiologiya və digər ictimai, humanitar elm sahələri üzrə keçirilir. Tezislərin tərtibinə dair tələblər: Tezislər Azərbaycan, türk, ingilis və rus dillərindən birində yazılmalı və elektron formada təqdim edilməlidir: · təqdim olunan tezislər əvvəllər çap olunmamalıdır; · mövzu konfransın istiqamətlərindən birinə uyğun olmalıdır; · Məruzə Microsoft Word mətn redaktorunda A4 formatında, Times New Roman şrifti ilə 12 pt. ölçüdə, vahid sətirlərarası intervalla və mətndaxili yazıda 1 sm. abzas buraxmaqla hazırlanmalıdır. · Xülasə və açar sözlər (Azərbaycan, rus və ingilis), istifadə edilmiş ədəbiyyat siyahısı olmalıdır. · Müəllif haqqında məlumat (soyad, ad, ata adı, elmi dətəcə, elmi və fəxri ad, iş yeri, vəzifə, telefon nömrəsi, e-mail ünvan) qeyd edilməlidir. Elektron ünvan: [email protected] Konfransla əlaqədar hər hansı təklif və sualla bağlı: [email protected] elektron poçt ünvanına və ya aşağıdakı əlaqələndirici nömrəyə müraciət edə bilərsiniz. Konfrans 28-29 noyabr 2023-cü il tarixlərində saat 11:00 -da Mərkəzi Elmi Kitabxanada keçiriləcək. Konfransın keçirilmə forması: onlayn (ZOOM proqramı vasitəsilə) və üz-üzə Qeyd:Konfransda iştirak ödənişsizdir. Tezislər nəşr olunacaqdır. Əlaqə telefonu: (+99412) 5396177 Əlaqələndirici şəxslər: dos. Şəhla Tahir qızı Quliyeva, tar.üz.fəls. dok.Rövşən Ulduz oğlu Məmmədli