MEK-də "İslam Səfərli - 100" adlı sərgi keçirilir

10-02-23

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) nəğməkar şair, dramaturq İslam Səfərlinin 100 illik yubileyi münasibətilə “İslam Səfərli - 100” adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə istedadlı şairin “Göz həkimi” pyesi, "Pıçıldaşın, ləpələr”, “Meşə yolu”, “Çiçək təranəsi”, “Qoşa söyüd”, “Bahar nəğməsi”, “Dan ulduzu, bir də mən”, “Həyatın nəfəsi”, “Ağ şanı, qara şanı”, "Qağayılar yorulanda” və digər şeir kitabları nümayiş etdirilir. Nəşrlər sırasında XX əsrin Azərbaycan poeziyasının çox mühüm mərhələsində formalaşan şairin yaradıcılıq yolundan bəhs edən, elmi-nəzəri qiymət verilən tənqidi əsərlər də yer alıb. Sərgi bu ayın sonunadək davam edəcək.