MEK “Budaq Budaqov-95” adlı sərgini təqdim edir

28-02-23

Azərbaycan Milli Emlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasında geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən biri, görkəmli alim, ictimai-siyasi xadim, “Şöhrət” və “Şərəf” ordenli, Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor, akademik Budaq Əbdüləli oğlu Budaqovun anadan olmasının 95 illiyi münasibətilə “Budaq Budaqov-95” adlı kitab sərgisi təşkil edilib. Sərgidə alimin Azərbaycan və rus dilində olan əsərləri, elmi redaktoru olduğu, redaktə etdiyi, tərtib etdiyi, ön söz yazdığı kitablar və görkəmli alim haqqında yazılmış kitablar sərgilənir. Dəyərli nəşrlər sırasında “Coğrafiya elminin uğurları”, “Dözümlü, dözümsüz təbiət”, “Təbiət poeziya işığında”, “Böyük İpək Yolu”, “Ümumi geomorfologiya”, “Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tekto¬ni¬kası”, “Türk ulus¬larının yer yaddaşı”, “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”, “Gürcüstanda olan türk toponimlərinin izahlı lüğəti”, “Avrasiyanın türk topo¬nimləri” kimi mühüm elmi əhəmiyyətə malik kitablar yer alır. Sərgi həftə ərzində davam edəcək.