Fəal “Vikipediya” könüllüsü Yusif Məmmədov təltif olunub

16-11-22

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Məmmədov “Vikipediya”nın özbək dili bölməsində "Şuşa İli" çərçivəsində uğurlu töhfələrinə görə təltif olunub. AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev onu sertifikatla, “Qorqud" Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev isə diplomla təltif edib. Xatırladaq ki, Yusif Məmmədov AMEA Mərkəzi Elmi Kitabxanasının və “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərində uğurla iştirak edib. Hazırda Yusif Məmmədov “Vikipediya”nın özbək dili bölməsində uğurlu fəaliyyət göstərir. Onlarla məqaləni akademik, elmi, etibarlı istinadlarla əsaslı şəkildə redaktə edib və ya yaradıb. O, “Şuşa İli” çərçivəsində özbək dili bölməsində Şuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələrin yaradılmasında da fəal iştirak edib. https://azertag.az/xeber/Feal_Vikipediya_konullusu_Yusif_Memmedov_teltif_olunub-2376693