Azərbaycan Dövlət Pedaqoji kollecinin tələbələri MEK-ə ekskursiya ediblər

15-11-22

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji kollecinin 15 nəfərdən ibarət I kurs tələbələri və müəllimləri Aidə Sadıxova, Aytən Həsənova, Tənzilə Qasımova və baş kitabxanaçı Şəhla Hüseynova AMEA Mərkəzi Elmi Kitabxanasına ekskursiya ediblər. Ekskursiyaya qeydiyyat şöbəsindən başlayan tələbələri MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova ətraflı məlumatlandırıb.Sonra tələbələr Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, Akademiklər zalında müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər, Nadir kitablar və qiymətli nəşrlər şöbəsindəki kitablar ilə tanış olublar. Daha sonra Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondunda ulu öndər Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkillərindən ibarət guşələrə baxıb, burada sərgilənən dəyərli nəşrlərə nəzər yetirib, həmçinin “Zəfər memarları”, “Biz qalib xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərlə tanış olublar.