AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev: " Hər zaman ümummilli liderin pərəstişkarı olmuşam"

13-12-22

Ziyarətçilərdən biri AMEA Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev bildirir ki, o, hər zaman ümummilli liderin pərəstişkarı olub. Xüsusən, onun ziyalılara qayğısı, müəllim- alim kontingentinə saf və qayğıkeş münasibətini hər zaman xatırlayır: – Yadımdadır, 2000-ci ildə biz ümummilli liderlə Bakı Slavyan Universitetində görüşə bildik. O zaman Rusiya Prezidenti Vladimir Putin də bu universitetə gəlmişdi və ona ali təhsil ocağının Fəxri doktoru titulu təqdim edilirdi. Çıxışı zamanı ulu öndər dedi ki, burada çalışan professor-müəllim heyəti Azərbaycan ziyalılarının qaymaqlarıdır. Onun bu fikirləri indi də həmin universitetdə hər kəsin görə biləcəyi lövhədə qeyd edilmişdir. Bu fikir bizi çox qürurlandırmışdı. Bu, onun müəllim peşəsinə verdiyi dəyəri sübut edirdi. Hələ sovet dövründə ulu öndərin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki ali məktəblərə oxumağa göndərilirdi. Yeni ixtisasların qazanılmasına nail olmaq, mütəxəssis yetişdirmək onun daim diqqət mərkəzində idi. Bir sözlə, böyük liderin həyatı çoxcildlik bir kitabdır, desək, yanılmarıq. Onun fəaliyyəti bütün sahələri əhatə edirdi. Siyasət kimi ağır, gərgin bir sahədə liderlik zirvəsinə ucalmaq çox çətin və məşəqqətli yol olsa da, Heydər Əliyev mətinliyi, əzmkarlığı sayəsində o da fəth olunub. Hər il bura gəlirik, ulu öndəri ziyarət edirik. Həmişə gələcəyik. Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaq. "Fəxri xiyaban – daha böyük izdiham..." başlıqlı yazını daha ətraflı oxumaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz. https://xalqqazeti.com/az/news/118160?utm=w