Alim Şahlar Əsgərov MEK-də qonaq olub

25-04-22

Bu gün azərbaycanlı alim, ictimai-siyasi xadim, əməkdar elm xadimi, professor, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahlar Əsgərov ailə üzvləri ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) qonaq olub. Öncə alim 81 illiyi münasibətilə müəllifi olduğu kitablardan ibarət Mərkəzi Elmi Kitabxanada təşkil edilən sərgiyə baxıb, burada yaradılan şəraiti, elmə, alimlərə verilən dəyəri yüksək qiymətləndirib. Daha sonra qonaqlar Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fonduna, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şücaət göstərən şəhid, qazi və müharibə iştirakçılarının həyat və döyüş yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar. Həmçinin, Akademiklər zalı, Diplomatik fond haqqında məlumatlandırılaraq, ümumilikdə kitabxana ilə yaxından tanış olublar. Görüş zamanı, həmçinin Şahlar Əsgərov kitabxananın, kitabın cəmiyyətin inkişafındakı rolu haqqında öz dəyərli fikirlərini səsləndirib və müəllifi olduğu elmi əsərlərindən ibarət nəşrləri MEK-ə hədiyyə edib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)