Akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” adlı kitabı MEK-də

17-01-24

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının VI cildi daxil olub. VI cild - xüsusi nəşr Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. Xüsusi nəşrdə Ulu Öndərin bütün sahələrdə müdrik və uzaqgörən siyasəti, bu siyasətin uğurlu davamının təhlili verilib, Prezident İlham Əliyevin şanlı zəfərləri və səbəbləri şərh olunub. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq və Vətən sevgisi, xeyirxahlığı, zəkası, dünyagörüşü, böyük nüfuzu təhlil edilib. Kitab 54 illik tarixi olan böyük siyasətin qızıl səhifələrinə səyahətdir.