Oxu zallarından, kitab və kitabxana fonduna məxsus digər sənədlərdən istifadə üçün kitabxanaya üzv olmalı, qeydiyyatdan keçərək istifadəçi kartı əldə edilməlidir; İstifadəçi kartı kitabxanadan istifadə hüququ verən yeganə sənəddir; Qeydiyyatdan keçən hər bir şəxs tələb olunan sənədləri şəxsən özü təqdim etməlidir; Kitabxanaya kitab borcu olan şəxlər borclarını qaytarmadığı müddətcə kitabxanaya üzv edilmir. QEYD:Qeydiyyatdan keçmədən öncə istifadəçi ona lazım olan sənədi (kitab, jurnal və s.) axtarmaq üçün ödəniş etmədən kataloq bölməsində axtarış edə bilər.