OXUCULAR ÜÇÜN TƏLİMAT
18 yaşına çatmış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları kitabxana daxilində təklif olunan bütün xidmətlərdən istifadə hüququna malikdir.
*Kitabxananın təklif etdiyi xidmətlər:
1. Biblioqrafik təsvir kataloqu;
2. Oxu zallarından istifadə: kitab və kitabxana fonduna məxsus digər sənədlər (dissertasiyalar, avtoreferatlar, jurnal, qəzet, beynəlxalq e-resurslar, xəritələr, foto və kino sənədlər, audiovizual vasitələr və s.);
3. Tammətnli beynəlxalq e-resurslara çıxış (www.mek.az sayt vasitəsilə);
4. Elektron məlumat lövhələri;
5. Sərgi salonu;
6. Surətçıxarma və printer;
7. Sənədin CD-yə köçürülməsi və ya e-mail ilə göndərilməsi;
8. Kitabxana daxilində yeməkxana və kafe;
9. Yeməkxana daxilində açıq kitabxana;
*Qadağandır:
1. Sənədlərin səhifələrini cırmaq, yazmaq, qatlamaq, əzmək;
2. Sənədlərin üzərinə dirsəklənmək;
3. Sənədləri qalaq şəklində yığmaq;
4. Tikilməmiş sənədləri bir-birinə pərçimləmək.
*Kitabxana daxilində qadağandır:
1. Oxu zalında müzakirə aparmaq, telefonla danışmaq, audio-video material dinləmək; (oxu zalı daxilində mobil telefonlar səssiz rejimdə saxlanılmalı və oxu zalından kənarda istifadə olunmalıdır);
2. Oxu zalı daxilində qida məhsulları, rəngli və şirəli içkilərdən istifadə etmək;
3. Oxu masasının üzərini zibilləmək və yazmaq;
4. Oxu zalının istirahət otağında oturacaqlarda uzanmaq;
5. Ənənəvi etik normalardan kənara çıxan davranış nümayiş etdirmək;
6. Oxu zallarında, dəhlizlərdə, gözləmə oturacaqlarında səsli danışıqlar və müzakirələr aparmaq;
7. Oxu zalına üst geyimlə daxil olmaq;
8. Oxu zalındakı kompüterlərdə yaddaş kartından və digər elektron məlumat daşıyıcılarından istifadə etmək;
9. Oxu zalında masadan istifadə etmədikdə masanın üzərini və ya oturacağı şəxsi əşyalarla məşğul etmək;
10. Kitabxanaya istifadəçi kartı olmadan daxil olmaq və ya digər istifadəçilərin kartından istifadə etmək (qaydanı pozmuş istifadəçi 1(bir) ay müddətinə kitabxanadan istifadə hüququndan məhrum edilir);
11. Kartını başqa şəxsə ötürən istifadəçi kitabxanaya üzvlük hüququndan məhrum edilir;
12. İstifadəçilər üçün nəzərdə tutulmayan mərtəbələrə (1, 4 və 5-ci mərtəbələr) və məkanlara (eyvan,yardımçı fondlar, saxlanc, personal lifti) daxil olmaq;
13. Kitabxana daxilində siqaret çəkmək;
14. İstifadəçilər üçün ayrılmış dolabları çirkləndirmək və sındırmaq, açarlarını itirmək ("Cərimə cədvəli"nə əsasən сərimələnir);
15. İstifadəçinin kitabxana binasına qaydaları pozaraq daxil olmasına yol verilmir (istifadəçi kartı olmayan, kartını digər istifadəçilərə verən, digər istifadəçilərin kartından istifadə edən);
*İstifadəçilər tərəfindən qaydaların pozulmasına dair cəza tədbirləri və cərimələr:
1. Kitabxana binası və kitabxana fondlarına bilərəkdən və ya təsadüf nəticəsində maddi ziyan vurduğu təsdiqlənmiş və bu ziyanın ödənilməsindən boyun qaçıran şəxslər Azərbaycan Respublikasının mülki, cinayət və inzibati qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Onların məsuliyyətə cəlb olunması üçün kitabxana aşağıdakı addımları atır:
- Kitabxanaya vurulmuş ziyan komissiya tərəfindən müəyyənləşdirilərək aktlaşdırılır;
- Kitab və kitabxana fonduna məxsus sənədlərə ziyan vurularsa (vərəqləri cırılarsa, ləkələnərsə, itirilərsə və s.) istifadəçi sənədi eynisi ilə, mümkün olmadığı halda, kitabxana komissiyası tərəfindən müəyyən edilmiş dəyər həcmində başqa sənədlə əvəz edir;
- Sənədi əvəz etmək mümkün olmadığı halda istifadəçi sənədin dəyərinin 10 (on) mislində cərimə ödəyir;
- İstifadəçi tərəfindən dəymiş ziyan 5 (beş) iş günü müddətində ödənilmədikdə 1 (bir) yazılı xəbərdarlıq edilir;
- Xəbərdarlığın surəti istifadəçinin çalışdığı və ya oxuduğu müəssisənin rəhbərliyinə göndərilir;
- Xəbərdarlıqdan sonra dəymiş ziyan ödənilmədikdə kitabxana qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün kitabxana hüquq xidmətinə müraciət edir;
- Kitabxana sənədlərinin oxu zallarından kənara çıxarılmasına görə istifadəçi "Cərimə cədvəli”nə əsasən cərimələndirilir. Bu qaydanı ardıcıl olaraq 2 (iki) dəfə pozmuş istifadəçi 3 (üç) ay müddətinə kitabxana xidmətlərindən istifadə hüququndan məhrum edilir;
- Kitabxanadan istifadə qaydalarını ardıcıl olaraq 2 (iki) dəfə pozan və təlimata riayət etməyən şəxslər kitabxana xidmətlərindən istifadə hüquqlarından 6 (altı) ay müddətinə məhrum edilir.
*Kitabxananın istifadəçilərə xidmət üzrə öhdəlikləri:
1. Kitabxana və xidmətləri haqqında maraqlanan şəxslərə bütün mövcud vasitələrlə tam təfsilatlı məlumat çatdırmalı;
2. İstifadəçi sifarişini mümkün qədər dərindən öyrənərək, mövcud resurslar çərçivəsində tam və qısa müddətdə təmin etməli;
3. İstifadəçilərin kitabxanadan istifadə imkanlarını genişləndirmək və rahatlaşdırmaq məqsədilə biblioqrafik məlumat xidmətindən istifadə qaydalarını istifadəçiyə izah etməli;
4. Qiymətli sənədlər və şəkillərlə işləmək üçün istifadəçiləri yumşaq əlcəklərlə təmin etməli və müvafiq təlimatlandırma aparmalı;
5. Sifariş edilmiş sənədləri istifadəçiyə təqdim etmədən öncə və sonda tamlığını yoxlamalı;
6. Kitabxana saytında qeyd olunan beynəlxalq e-resurslara çıxışı təmin etməli;
7. İstifadəçilərə kitabxana daxilində rahat çalışa bilmələri üçün lazımi şəraiti yaratmalı;
8. Kitab və kitabxana fonduna məxsus digər sənədlərdən istifadə etmək istəyən istifadəçi onları kataloq bölməsindən (10:30-dan tez olmayaraq, 17:00-dan gec olmayaraq) elektron sifariş etməlidir. Bunun üçün istədiyi kitabın, sənədin şifrəsini, adını, müəllifini, nəşr ilini, varsa cildini (qəzet və jurnallar üçün il, ay və nömrəsini) qeyd etməli;
9. Sifariş edərkən mütləq qaydada istifadəçinin soyadı, adı, istifadəçi kartının nömrəsi, sifariş verildiyi tarix və saat əks olunur;
10. Elmlər doktoru 10, fəlsəfə doktoru 7,elmi işçilər 5, qalan istifadəçilər isə 4 ədəd kitab sifariş edə bilər;
İstifadəçi sifariş edilmiş vəsaitləri 30 dəqiqə ərzində müvafiq oxu zalından götürə bilər;
11. Kartoteka və kataloqlardan biblioqrafik kartları cıran və ya çıxaran şəxslər cərimələnir;
12. Kitabxana sənədlərindən istifadə yalnız kitabxana daxilində mümkündür və təyin olunmuş oxu zallarından, binadan kənara çıxarılması qadağandır;
13. İstifadəçi sifariş edilmiş sənədləri götürərkən öz istifadəçi kartını kitabxananın əməkdaşına təqdim etməli və sənədlərin tamlığını yoxlamalı, çatışmazlıq aşkar edərsə, kitabxana əməkdaşına məlumat verməlidir. Əks halda aşkar edilmiş zədə son istifadəçinin məsuliyyətsizliyi kimi qiymətləndirilir, müəyyən olunmuş cərimə sonuncu istifadəçi tərəfindən ödənilir;
14. İstifadəçilər kitabxana sənədlərindən və fondlarından 17:00-dək istifadə edə bilər;
15. Oxu zalından çıxarkən istifadə edilən sənədlər kitabxanaçıya təhvil verilir;
16. Sənədlər kitabxana əməkdaşı tərəfindən yoxlanılır, qüsur və çatışmazlıq aşkar olunmazsa istifadəçi kartı istifadəçiyə geri qaytarılır, çatışmazlıq aşkar olunarsa cərimə olunur;
17. İstifadəçinin istəyi ilə sifariş edilmiş kitabxana sənədləri 10 (on) iş günü müddətinə sifarişdə saxlanıla bilər;
18. Sənədin surətini çıxartmaq və skan etmək üçün oxu zalındakı kitabxana əməkdaşına müraciət edilməlidir;
*Xidmətə və təhlükəsizliyə nəzarət məqsədi ilə girişlərdə, zallarda və dəhlizlərdə müşahidə kameraları quraşdırılıb.