Yeni çapdan çıxan “Heydər Əliyev Azərbaycanda milli qanunvericiliyin və hüquqi dövlətin yaradıcısıdır” kitabı MEK-də

19-05-23

AMEA Azad Həmkarlar İttifaqının sədri , h.e.d., professor Habil Qurbanov müəllifi olduğu “Heydər Əliyev Azərbaycanda milli qanunvericiliyin və hüquqi dövlətin yaradıcısıdır” kitabını Mərkəzi Elmi Kitabxanaya təqdim edib. “Heydər Əliyev İli”nə ithaf edilən kitabda müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı hüquqi dövlətin milli qanunvericiliyində prosedur, nizmalanma və tənzimlənmə kontekstində dövlət, cəmiyyət və sosiosiyasi problemlərə dair elmi-nəzəri hüquqi baxış işıqlandırılır. Kitabda müəllifin apardığı araşdırmalara əsasən son illər ərzində beynəlxalq və respublika konfranslarında etdiyi məruzələr, həmçinin ölkədə KİV və elmi jurnallarda nəşr edilmiş məqalələri də təkmilləşdirilərək işıqlandırlıb. Kitab geniş oxucu kütləsi, bakalavr, magistr, doktorant, elmi tədqiqatçılar üçün hüquq sahəsində maarifləndiricilik mətnində nəzərdə tutulub.