Yasamalda şəhid ailəsi ziyarət olunub

15-11-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyev, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərzadə, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva 44 günlük Vətən müharibəsi şəhidi Əzizli Tacəddin Şahəddin oğlunun ailəsini ziyarət ediblər. Görüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tariximizə yazıldığı vurğulanıb. Bildirilib ki, şanlı Qələbəmizə öz töhfəsini verən şəhidlərimizin, o cümlədən Tacəddin Əzizlinin xatirəsi daim qəlblərdə yaşayacaq. Baş direktor Məmməd Əliyev onların həyat yolunun gənclərimiz üçün bir örnək olduğunu qeyd edib. Zəfərdən sonra yaradılan MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda şanlı tariximizin əfsanəvi qəhrəmanları haqqında məlumatların yer aldığını vurğulayan Məmməd Əliyev şəhidin ailəsini kitabxanaya dəvət edib. Ziyarətçilər şəhidin valideynlərinə belə vətənpərvər övlad yetişdirdikləri üçün minnətdarlığını bildiriblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra Əzizli Tacəddin Şahəddin oğlu "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub