Türkiyənin “Akademik tarix və düşüncə” jurnalı MEK-də
09-10-23
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Türkiyənin nüfuzlu “Dergipark” elmi nəşrlər sistemində yer alan “Akademik tarix və düşüncə” jurnalı daxil olub. Jurnalın budəfəki xüsusi sayı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Respublikasında “Heydər Əliyev İli”nə həsr edilib. 35 məqalənin daxil olduğu xüsusi sayda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasir dövr” adlı məqaləsi, həmçinin tanınmış Azərbaycan alimlərinin müxtəlif mövzulu elmi araşdırmaları öz əksini tapıb. Onların sırasında AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyevin “Общенациональный Лидер Гейдар Алиев и Азербайджанская модель мультикультурализма”, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Heydərizm konsepsiyası (problemə giriş)”, fəlsəfə elmləri doktorları Ziba Ağayevanın “Haydar Aliyev ve stratejik gelişimimizin temelinde milli manevi değerlerin yeri ve rolü”, Naxçıvan Universitetinin professoru Məmməd Rzayevin “Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin yolu”, tarix elmləri doktoru Sevinc Abbasovanın “Ulu Önder Haydar Aliyev ve Azerbaycan kadınlarının toplumdaki rolünün genişletilmesi stratejisi”, Lalə Mövsümovanın “Концепция Гайдера Алиева об участии и роли женщин в диалоге культур”, Yusif Hüseynovun “Ümummilli Lider Heydər Əliyevin gələcəyə istiqamətlənmiş siyasi doktrinası” və digər məqalələr var. Məqalələrdə multikulturalizmin Azərbaycan modeli, Ulu Öndər Heydər Əliyevin yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, eləcə də Azərbaycanın tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrinin hüquqi, siyasi müstəvidə yenidən bərpası, müasir dövrdə əldə olunan nailiyyətlər, sahib olduğumuz milli-mənəvi dəyərlər, Azərbaycan qadınlarının cəmiyyətdə artan rolu və s. təhlil olunur. Qeyd edək ki, jurnalın xüsusi sayında yer alan məqalələri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva toplayaraq tərtib edib.