“The British and the Turks, A History of Animosity, 1893-1923” adlı kitab MEK-də

11-04-23

Türkiyənin Azərbaycandakı Səfirliyinin Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) hədiyyə etdiyi “The British and the Turks, A History of Animosity, 1893-1923” (“İngilislər və türklər, düşmənçilik tarixi 1893-1923”) adlı kitab Mərkəzi Elmi Kitabxanaya (MEK) daxil olub. Nəşrin müəllifi amerikalı alim, demoqraf Castin Makkartidir. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnstitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Əsər XIX əsrin sonu XX əsrin əvvəllərində Britaniya hökümətinin Osmanlı İmperiyasını parçalama planlarını nəzərdə keçirir, ingilis diplomatiyasının türklər haqqında mənfi rəylərin formalaşmasındakı rolunu təhlil edir. Alimin onilliklərlə arxiv araşdırmaları əsaslanan fikirləri, ingilislərin təzyiqi ilə Osmanlı imperiyasının çökməsini dərindən öyrənməyə kömək edir. Osmanlı türkcəsini oxuya bilən C.Makkarti Qərb tarixçilərinin qərəzli olduğuna inanır, kitabda bəzi xristian missionerlər tərəfindən yayılan türklük əleyhinə önyarğılara fokuslanır. Dəyərli nəşr tarixçilər, tədqiqatçılar, politoloqlar, Osmanlı tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.