Tələbələr MEK-də istehsalat təcrübəsinə başlayıblar

20-02-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti, Azərbaycan Dillər Universitetinin Filologiya, Beynəlxalq münasibətlər və regionşünaslıq, Bakı Slavyan Universitetinin Filologiya və Şərqi Avropa Dilləri fakültələrinin IV kursunda təhsil alan - ümumilikdə 67 tələbə istehsalat təcrübəsinə başlayıblar. MEK-in direktoru, professor Məmməd Əliyev gələcəkdə bu sahə üzrə çalışacaq kadrların peşəkar yetişməsi, onların seçdikləri ixtisasın sirlərinə daha dərindən bələd olmaları üçün istehsalat təcrübələrinin müstəsna əhəmiyyətindən danışıb, tələbələrə dövlət tərəfindən kitabxanada yaradılan yüksək şəraitdən səmərəli istifadəni tövsiyə edib. Üç aya yaxın müddətdə MEK-in müxtəlif şöbələrində təcrübə keçəcək tələbələr öz ixtisas istiqamətləri üzrə biliklərini təkmilləşdirmək, biblioqrafik sorğuları cavablandırmaq, İRBİS 64 + AKİS proqramına ədəbiyyat nümunələri daxil etmək, elmi məsləhətlər almaq, bir sözlə, kitabxana işinin incəliklərini öyrənmək imkanı əldə edəcəklər.