Tatar ədəbiyyatı nümunələri MEK-ə hədiyyə edilib

25-04-22

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) tanınmış tatar şair və yazıçılarının əsərlərini hədiyyə edib. Nəşrlər arasında tatar siyasətçi Fatih Sibaqatullinin müəllifi olduğu “Какой бог правильный?”, “От Атиллы до Президента”, “Татары и евреи” və başqa əsərləri, yazıçı-fantast Adler Timerqalinin ikicildliyi, Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi Abdulla Tuqay haqqında “Габдулла Тукай: энциклопедия”, şərqşünas alim, arxeoloq Lev Qumlyov haqqında “Лев Никола́евич Гумилёв энциклопедия” yer alır. Təqdim olunan kitablarda tatar xalqının tarixi keçmişi, mədəniyyəti, adət-ənənələri, mətbəxi haqqında qiymətli məlumatlar öz əksini tapır. MEK-in fondlarında saxlanılan bu nəşrlər tatar mədəni irsini araşdıran alim, mütəxəssis və tələbələrə faydalı olacaqdır. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)