Milli Arxiv İdarəsindən MEK-ə nəşrlər daxil olub

29-12-22

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) nəşrlər daxil olub. Həmin nəşrlər sırasında “Azərbaycan Xalq Cümhuriyyəti. İqtisadi siyasət (sənədlər toplusu) (1918-1920)”, “Bakının memarlıq incilərinə arxiv sənədlərindən baxış (1930-1960-cı illər) ”, “Dan ulduzu” kamera-instrumental ansamblının ifaları (Dövlət Səs Yazıları Arxivinin Fono sənədlərində), “Aqrar elm ocağı – Azərbaycan Dövlət Aqrar Universiteti (fotosənədlər toplusu)”, “Salman Mümtazın publisistikası arxiv sənədlərində” və s. yer alıb. Nəşrlər Azərbaycan Xalq Cümhuriyyəti tarixini araşdıranlar, təhsilin inkişaf tarixinin tədqiqi və öyrənilməsi ilə məşğul olan tədqiqatçılar, mütəxəssislər, aqrar elminə həvəs göstərən gənclər, həmçinin memarlığa, ədəbiyyata marağı olanlar üçün dəyərli mənbələrdir.