Mərkəzi Elmi Kitabxananın əməkdaşları “I Beynəlxalq İpək Yolu” konfransına qatılıblar

30-05-23

Mayın 26-27-si tarixlərində Naxçıvan Dövlət Universitetində (NDU) “I Beynəlxalq İpək Yolu” konfransı keçirilib. NDU, Türkiyənin Qars Qafqaz Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə keçirilən tədbirə 15 ölkədən 300-dən çox məruzəçi qatılıb. Konfransa, həmçinin AMEA Mərkəzi Elmi Kitabxananın Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsinin əməkdaşları Sura Məmmədova, Aytən Xudiyeva, Aynur Yusifzadə və Elektron resurslar şöbəsinin əməkdaşı Xəyalə Məmmədli də həmmüəllif olduğu məqalələri ilə qatılaraq çıxış ediblər. Aytən Xudiyeva və Aynur Yusifzadə “AMEA MEK-nın ənənəvi və rəqəmsal bazasında Ulu Öndər Heydər Əliyev təbliği”, Xəyalə Məmmədli və Sura Məmmədova “Heydər Əliyevin 100 illiyinə 100 məqalə Vikipediyada” mövzuları ilə çıxış ediblər. Yüksək səviyyədə təşkil olunan konfransda əməkdaşlarımızın məruzələri dinlənilərək, bəyənilib. Univerisetin rektoru Elbrus İsayev tərəfindən məruzlər yüksək dəyərləndirilib və əməkdaşlarımıza sertifikatlar təqdim edilib.