Mərkəzi Elmi Kitabxana tərəfindən Türkiyədə zəlzələdən zərər çəkənlər üçün növbəti dəfə ianə toplanıb

03-03-23

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara kömək məqsədilə növbəti dəfə ianə edib. Mərkəzi Elmi Kitabxananın əməkdaşları və Həmkarlar Təşkilatı tərəfindən könüllü şəkildə 2675 manat məbləğində ianə toplanaraq Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Qeyd edək ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən MEK bundan öncə də AFAD-ın hesabına 2669 manat, ümumilikdə isə 5344 manat vəsait köçürüb. MEK bu faciədə həyatını itirənlərin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyir. Hər zaman səninləyik, Türkiyə!