Mərkəzi Elmi Kitabxana kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

25-06-24

1-2 iyul 2024-cü il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçiriləcək.

Qeyd edilən tarixlərdə ziyarətçilər Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri, sərgilər və digər göstərilən xidmətlərlə yaxından tanışlıq imkanı əldə edəcəklər.

“Açıq qapı” günləri 1- 2 iyul saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.