MEK tərəfindən ADU-da keçirilən tədbirdə sərgi təşkil edilib
27-02-23
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Dillər Universitetində (ADU) Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı keçirilən tədbirə qatılaraq kitab sərgisi təşkil edib. ADU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Universitetin rektoru, akademik Kamal Abdulla, elm xadimləri, tələbələr, həmçinin Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak ediblər. Burada Xocalı soyqırımı tarixi tədqiqatlarda, faciənin beynəlxalq hüquq müstəvisində tanıdılması, erməni faşizminin ifşası kimi mövzularda tədbir iştirakçılarının çıxışları dinlənilib, Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil edilən sərgiyə baxış keçirilib. Sərgidə MEK-in fondlarındakı Xocalı soyqırımını, bu barədə şahid ifadələri, yerli və xarici fotoqrafların lentə aldığı və ermənilərin Xocalıda törətdikləri vəhşilikləri özündə əks etdirən kitablar nümayiş olunub.