MEK öz istifadəçiləri üçün mühüm yenilik tətbiq edib

03-06-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) müasir fondlarında toplanmış sənədlər AMEA-nın elmi-tədqiqat institutları ilə yanaşı, respublikada fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşlarının, ali məktəb tələbələrinin və xarici ölkələrin kitabxanalarından müraciət edən oxucuların tələbatlarını ödəmək üçün geniş imkanlar yaradır.

Bu imkanlardan tam şəkildə yararlanmaq, eləcə də kitabxana xidmətini davamlı şəkildə təmin etmək, oxucu ehtiyacını və məmnunluğunu qarşılamaq məqsədilə MEK öz istifadəçiləri üçün daha bir yenilik tətbiq edib.

Belə ki, MEK-in fondlarından sənəd sifarişinin vaxtı uzadılaraq iyun ayının 3-dən etibarən saat 20:00-dək olacaq.

Xatırladaq ki, həftə içi beş gün saat 10:00-dan başlayaraq 22:00-dək fəaliyyət göstərən kitabxana daha öncə yalnız 16:30-dək oxucuları sifariş etdikləri resurslarla təmin edirdi.