MEK oxuculara xidmət vaxtını yenidən uzatdı
18-09-23
Məlumdur ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) avqust ayından yay rejiminə keçmişdi. Sentyabrın 18-dən etibarən isə kitabxana yenidən adi qaydada - həftəiçi hər gün saat 09:15-dən 21:00-dək fəaliyyət göstərəcəkdir. Tələbələr, magistrantlar, doktorantlar, eləcə də yaşı 18-dən yuxarı istənilən şəxslər MEK-ə üzv olmaqla kitabxana xidmətlərindən yararlana bilərlər. AMEA-nın nəzdindəki bütün qurumların əməkdaşları, Qarabağ və Vətən müharibəsi qaziləri, şəhid və veteranların ailə üzvləri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər MEK-in imtiyazlı oxucuları kateqoriyasına daxildirlər. Qeyd edək ki, quruma məxsus rəsmi mek.az saytı fasiləsiz xidmət göstərməkdədir. Oxucular elektron kataloq vasitəsilə zaman və məkan problemi olmadan Mərkəzi Elmi Kitabxanaya müraciət edə bilərlər.