MEK-lə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

27-06-24

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, qarşı tərəfdən isə Ürgənc Dövlət Universitetinin rektoru Bəhram Abdullayev imzalayıblar.

Memorandum çərçivəsində birgə innovativ və tətbiqi layihələrin həyata keçirilməsi, elm, mədəniyyət sahəsində qarşılıqlı informasiya dəstəyinin yaradılması, təcrübə proqramının təşkili, bundan əlavə, yeni texnologiyaların kitabxana sahəsinə inteqrasiya imkanlarının araşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, cari ayın 21-də Ürgənc Dövlət Universiteti Kitabxanasının direktoru Həsən Siddikov MEK-də olarkən, iki qardaş ölkənin elmi kitabxanaları və qurumları arasındakı mədəni əlaqələrin inkişafı sahəsində tərəfdaşlıq əlaqələri müzakirə edilmiş, müqavilə imzalanması üçün razılığa gəlinmişdir.