MEK kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

10-05-23

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) kollektivi mayın 10-da müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. MEK əməkdaşları Ümummilli Liderin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyib, xatirəsini ehtiramla yad ediblər.