MEK kollektivi Şəhidlər xiyabanını ziyarət edib

23-01-23

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev, icraçı direktoru dosent Şəhla Tahirqızı və kitabxananın bir qrup əməkdaşı Şəhidlər xiyabanını ziyarət ediblər. Böyük vətənpərvərlik, yurdsevərlik duyğuları ilə qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə qərənfillər düzülüb.