MEK-in şöbə müdiri beynəlxalq peşə müsabiqəsinin qalibi olub

24-11-22

AMEA Mərkəzi Elmi Kitabxanasının Sənədlərlə iş şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova Rusiyanın paytaxtı Moskvada universitet müəllimlərinin “University teacher-2022” adlı VIII beynəlxalq peşə müsabiqəsinə “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir” adlı məqaləsi ilə qatılıb. Reyhan Cəfərovanın təqdim etdiyi elmi əsər elmi-pedaqoji səviyyəyə görə 125-dən çox balla qiymətləndirilərək müəllimlər nominasiyasında I yerə layiq görülüb. Xatırladaq ki, müsabiqədə iştirak edən 418 tədris müəssisəsindən yalnız 10-u top–onluğa daxil olub.