MEK-in icraçı direktorunun "Elm" qəzetində məqaləsi dərc olunub

27-03-23

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir. “Elm günü” bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Bu əlamətdar gün münasibətilə “Elm” qəzetinin 11(1365) saylı, 17 mart 2023-cü il tarixli nömrəsində Mərkəzi Elmi Kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının “Azərbaycan elmi mütəşəkkil, qüvvətli və çoxsahəlidir” adlı məqaləsi dərc olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycan elminin böyük himayədarı olduğu vurğulanıb. Elmin inkişafının dövlətin prioritet vəzifələrindən biri kimi qeyd edilib.