MEK-in gənc oxucularına kitablar təqdim edilib

02-02-24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib. Bu gün münasibətilə kitabxana tərəfindən gənc aktiv istifadəçilərə Azərbaycan yazıçılarının dəyərli əsərlərindən ibarət bədii kitablar təqdim olunub. MEK əməkdaşları fəal oxuculara günün tarixi haqqında qısa məlumat verib, onlara gənclik illərinin verdiyi enerjini səmərəli, dövlətimizin mənafeyinə uyğun şəkildə keçirmələrini arzulayıblar. Həmçinin, oxucular MEK-də keçirilən sərgi haqqında da ətraflı məlumat alıblar. Onu da qeyd edək ki, hər il olduğu kimi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə MEK tərəfindən virtual sərgi də (https://heyzine.com/flip-book/31943d2a1c.html) təşkil olunub. Müxtəlif səpkidə nəşrlərin təqdim olunduğu sərgidə günün tarixi, Ümummilli Lider Heydər Əliyevin bu günün təsis edilməsi ilə bağlı imzaladığı fərman, müxtəlif illərdə uşaq və gənclərlə bağlı tədbirlərdəki, forumlardakı çıxışları təbrikləri, o cümlədən Prezident İlham Əliyevin bu istiqamətdə məqsədyönlü və ardıcıl fəaliyyəti öz əksini tapıb.