MEK-in direktoru “15 iyun-Milli Qurtuluş günü: Zəfər tariximizin başlanğıcı” adlı tədbirdə iştirak edib

13-06-24

YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününün 31 illiyinə həsr olunmuş “15 iyun-Milli Qurtuluş günü: Zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Veteranlar şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisinin deputatları, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədrləri və müavinləri, rayon ictimaiyyəti, o cümlədən MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin rəhbəri Günel Bağırova-Hüseynova iştirak ediblər.

Öncə Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən MEK-in fondlarındakı nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Daha sonra Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Qurtuluş Gününün tarixinə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Çoxşaxəli və zəngin fəaliyyətinə, xilaskarlıq missiyasına nəzər salınıb, çıxışlar dinlənilib, eləcə də Heydər Əliyev fondu tərəfindən hazırlanmış Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən “İz” sənədli filmi nümayiş olunub.

http://www.yap.org.az/.../yasamalda-milli-qurtulush...