MEK-in baş direktoru, professor Məmməd Əliyev 28 May Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib

25-04-22

25 may tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 28 May Müstəqillik Gününə həsr olunmuş Fəlsəfə və Sosiologiya İnstitutunun xarici elmi mərkəzləri və Universitetləri ilə birgə çap olunan kitablarının təqdimatına həsr olunan beynəlxalq konfransda iştirak edib. Təqdimatda İnstitut əməkdaşları, yerli qonaqlarla yanaşı onlayn formatda tədbirə qatılan xarici qonaqlar və Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə xarici ölkə səfirliyinin nümayəndələri də iştirak edib. AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev “AMEA-nın Mərkəzi Elmi Kitabxanasının beynəlxalq əlaqələri və müasir fəlsəfə” adlı məruzəsi ilə çıxış edib. Çıxışı zamanı baş direktor MEK-in ilbəil genişlənən beynəlxalq əlaqələrindən danışıb. Professor Məmməd Əliyev bildirib ki, MEK 41 ölkənin 100 artıq elmi, mədəni təşkilatı, jurnalı ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, onlarca ölkənin alimlərinin, tədqiqatçılarının qatıldığı nüfuzlu beynəlxalq konfranslarda kitabxananın əməkdaşları elmi-ictimai əhəmiyyətli məqalə və tezislərlə mütamadi olaraq iştirak edirlər. Məmməd Əliyev, həmçinin ötən aylarda Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə "Qazax ədəbiyyatı həftəsi", “Macar ədəbiyyatı həftəsi”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 140 illik yubleyi münasibətilə "Türk ədəbiyyatı həftəsi" adlı kitab sərgiləri təşkil edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda MEK rəhbəri kitabxana adından hədiyyə təqdim edib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)