MEK əməkdaşlarına Ramazan ayı münasibəti ilə sovqat təqdim edilib

12-04-23

AMEA Mərkəzi Elmi Kitabxanasında Azad Həmkarlar İttifaqı və MEK rəhbərliyinin təşəbbüsü ilə kitabxana əməkdaşlarına müqəddəs Ramazan ayı münasibətilə sovqat təqdim olunub. Hər zaman əməkdaşlarına xüsusi diqqətlə yanaşan MEK-in direktoru, professor Məmməd Əliyev bütün kollektivi Ramazan ayı münasibəti ilə təbrik edib, oruc və duaların qəbul olunmasını diləyib.