MEK əməkdaşları Yeni Azərbaycan Partiyası tərəfindən təltif olunublar

27-12-23

Dekabrın 27-də Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Heydər Əliyev İli” ilə əlaqəli “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbacan mənim həyatımdır!” adlı yekun tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev, Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri Elxan Hüseynov, elm xadimləri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər. Tədbirin rəsmi hissəsindən sonra, “Heydər Əliyev İli” və Partiyanın ictimai-siyasi həyatında səmərli fəaliyyətlərinə görə AMEA Mərkəzi Elmi Kitabxanasının bir qrup əməkdaşına da fəxri fərmanlar təqdim olunub. MEK-in Sənədlərlə iş şöbəsinin müdiri Şəhla Aslanova, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, əməkdaşlardan Sevinc Səmədova, Ziyarət Atamoğlanova və Ayşən Bağırzadə fəxri fərmanla təltif ediliblər.