MEK əməkdaşları Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən konfransa qatılıblar

19-10-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən respublika elmi-praktik konfransında iştirak ediblər. AMEA-nın Gəncə bölməsi tərəfindən təşkil edilən “Gəncə tarixinin aktual problemləri” adlı konfransa paytaxtın bir sıra elmi-tədqiqat və təhsil müəssisələrinin əməkdaşları Gəncənin tarixi ilə bağlı müxtəlif mövzulu elmi məqalələrlə qatılıblar. Elmi-praktik konfransda MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızının “Gəncədə nəşr olunan elmi jurnallar”, Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova və Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusovanın “AMEA Mərkəzi Elmi Kitabxanasında Gəncə elmi-ədəbi mühitinə aid qorunan nəşrlər”, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “XI-XII əsrlərdə Gəncə şəhərində kitab və kitabxana mədəniyyəti” adlı mövzularda məruzələri dinlənilib. Təqdim olunan məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb olub. Qeyd edək ki, mövzu üzrə sayca beşinci olan konfransın keçirilməsində əsas məqsəd Gəncənin antik dövr tarixini, arxeologiya və etnoqrafiyasını, dövlətçilik tariximizdə əhəmiyyətini, həmçinin müasir mərhələdə davamlı inkişafının öyrənilməsinin araşdırılmasıdır.