MEK əməkdaşları üçün səyyar tibbi müayinə aksiyası keçirilir

04-11-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları üçün səyyar tibbi müayinə aksiyası həyata keçirilir. Aksiya MEK-in baş direktoru professor Məmməd Əliyevin və akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılovun birgə təşəbbüsü ilə təşkil edilib. Aksiyada tibbi xidmətdən keçmək istəyən əməkdaşlar cərrahiyə, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, cərrah, USM, EKQ, eləcə də laborator və digər müayinələrdən iki gün boyunca yararlanacaqlar. Qeyd edək ki, tibbi müayinə Respublika Klinik Xəstəxanasının peşəkar həkim heyəti tərəfindən ödənişsiz olaraq aparılır. Səyyar tibbi müayinənin əsas məqsədi əməkdaşlar arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, ehtiyacı olanlara ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.