MEK əməkdaşları şəhid ailəsini ziyarət edib

10-03-23

MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günündə 44 günlük Vətən müharibəsinin şəhidi Elşən Müslümovun ailəsini ziyarət ediblər. Görüş zamanı kitabxananın əməkdaşları şəhidin anası Şövqiyə xanım və həyat yoldaşı Nəzrin xanımın bayramlarını, qızı Elnazın doğum gününü təbrik ediblər. Onlara bayram sovqatları və hədiyyələr təqdim olunub. Görüş zamanı vurğulanıb ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində canı-qanı ilə Vətənə xidmət edənləri daim yad edəcək. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, bu ailə şöbənin əməkdaşları tərəfindən daim diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq ziyarət olunur.