MEK əməkdaşı "Heydər Əliyev və Azərbaycan Mərasim mədəniyyəti" adlı kitabın təqdimatında iştirak edib

08-05-24

Atatürk mərkəzində Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən Ağaveri Xəlil və Nubar Həkimovanın birgə yazdıqları "Heydər Əliyev və Azərbaycan Mərasim mədəniyyəti" adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə digər qonaqlarla yanaşı, AMEA Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova da iştirak edib. Çıxışı zamanı Günel Bağırova-Hüseynova MEK-in direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun salamını tədbir iştirakçılarına çatdıraraq kitabın əhəmiyyətindən danışıb. Gələcəkdə kitabın dünya dillərinə tərcümə olunaraq xarici dövlət kitabxanalarına göndərilməsinin böyük əhəmiyyət kəsb edəcəyini də vurğulayıb. Tədbirdə, həmçinin Ərzincan Binali Yıldırım Universitetinin professoru Ali Kafkasyalı, AMEA Azad Həmkarlar ittifaqının sədri, dosent Sənan Həsənov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Terminologiya" şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminalogiya Komissiyasının sədr müavini Sayalı Sadıqova və digərləri çıxış edərək Ulu Öndərin mədəniyyətimizə verdiyi töhfələrdən danışıblar, kitab haqqında öz fikirlərini bildiriblər.