MEK əməkdaşı “Gənc Elçilər” proqramında təlimçi qismində iştirak edib
20-12-22
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə “Gənc Elçilər” proqramı çərçivəsində “Reallıqların dünyaya çatdırılmasına Vikipedia platformasının əhəmiyyəti və ondan doğru istifadə” mövzusunda təlim keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin mütəxəssisi Nuray Tanrıverdiyeva təlimçi qismində iştirak edib. O, bilik və təcrübələrini gənc elçilərlə bölüşüb. Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Elçilər” proqramı çərçivəsində müxtəlif mövzuları əhatə edən 20-ə yaxın təlim və görüşlər keçirilib. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli şəkildə təmsil edəcək gənclərin yetişdirilməsi, onların beynəlxalq arenada fəaliyyətlərinin dəstəklənməsi, həmçinin digər istiqamətlər üzrə ixtisaslaşmış gənclərə beynəlxalq əlaqələr, diplomatiya sahələri üzrə bilik və təcrübələrin aşılamasından ibarətdir.