MEK əməkdaşı “11-ci Beynəlxalq ZEUGMA Elmi Araşdırmalar Konfransı”nda çıxış edibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Cavid Məmmədli Türkiyənin Gaziantep şəhərində keçirilən “11-ci Beynəlxalq ZEUGMA Elmi Araşdırmalar Konfransı”nda iştirak edib. Konfransda “Angela Merkelin kanslerliyi dövründə Almaniya Federativ Respublikasının xarici siyasətində Avro-Atlantika Təhlükəsizlik İstiqaməti (2005-2015)” mövzusunda məruzəsi dinlənilib. Sonda iştirakçılara, o cümlədən MEK əməkdaşına sertifikat təqdim olunub. Qeyd edək ki, beynəlxalq konfrans İstanbul Arel, Namik Kamal və Cümhuriyyət Universitetlərinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan, Pakistan, Hindistan, İtaliya, Macarıstan, Portugaliya, Çin, Ukrayna, Fransa və digər ölkələrdən tədqiqatçılar qatılaraq müxtəlif elm sahələri üzrə araşdırmalarını təqdim ediblər.
28-03-24
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Cavid Məmmədli Türkiyənin Gaziantep şəhərində keçirilən “11-ci Beynəlxalq ZEUGMA Elmi Araşdırmalar Konfransı”nda iştirak edib. Konfransda “Angela Merkelin kanslerliyi dövründə Almaniya Federativ Respublikasının xarici siyasətində Avro-Atlantika Təhlükəsizlik İstiqaməti (2005-2015)” mövzusunda məruzəsi dinlənilib. Sonda iştirakçılara, o cümlədən MEK əməkdaşına sertifikat təqdim olunub. Qeyd edək ki, beynəlxalq konfrans İstanbul Arel, Namik Kamal və Cümhuriyyət Universitetlərinin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan, Pakistan, Hindistan, İtaliya, Macarıstan, Portugaliya, Çin, Ukrayna, Fransa və digər ölkələrdən tədqiqatçılar qatılaraq müxtəlif elm sahələri üzrə araşdırmalarını təqdim ediblər.