MEK elmi konfransda iştiraka dəvət edir

19-09-22

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Azərbaycanın tanınmış alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirəcək. 19 oktyabr 2022-ci il tarixdə saat 11:00-da keçiriləcək elmi konfrans hibrid formada (əyani və onlayn) təşkil olunacaq. Konfransın keçirilməsində əsas məqsəd elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Nəsirəddin Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətinin araşdırılması və bu sahədə araşdırma aparan elmi tədqiqatçıların yaradıcılığının stimullaşdırılmasıdır. Konfransın mövzuları: - Nəsirəddin Tusinin Azərbaycan elmində yeri - Nəsirəddin Tusinin siyasi irsi - Nəsirəddin Tusinin məntiqi görüşləri - Nəsirəddin Tusinin fəlsəfi görüşləri - Nəsirəddin Tusinin riyazi irsi Konfransda tədqiqatçılar tezis və ya məqalə ilə iştirak edə bilərlər. Məruzəçi tərəfindən ödəniş tələb olunmur. Məruzələr çıxışdan sonra çap ediləcək. Konfransda çıxış etməyən məruzəçinin məqaləsi (tezisi) çap edilməyəcək. Tezis və məqalələrin tərtibatına qoyulan tələblər: Tezislər 2 səhifədən, məqalələr 4-5 səhifədən çox olmamalı; Vərəqin ölçüsü – A4 formatda. Hər tərəfdən 2,0 sm boş məsafə. Şifrə Times New Roman. Şifrənin ölçüləri – 14, adi. Sətirlər arası interval – 1,5, abzas – 1,25 sm. Məqalənin mətnində aşağıdakı məlumatların təqdim edilməsi zəruridir: məqalənin adı, müəlliflərin soyadı, inisialları, təşkilatın tam adı, annotasiya (3-5 cümlə) və açar sözlər (5-6 söz) Ədəbiyyatlara istinadın kvadrat mötərizədə verılməsi zəruruidir. İşçi dillər: azərbaycan, rus, ingilis Tezis və məqalələr 10.10.2022-ci il tarixinədək [email protected] göndərilməlidir.