MEK-ə üzv olan oxucuların sayı günbəgün artır

25-04-22

Ölkənin ən nüfuzlu kitabxanaları sırasında yer alan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) üzv olan oxucuların sayı günü-gündən artır. Son 5 ayda Mərkəzi Elmi Kitabxanaya üzv olan oxucuların sayı 700-ə çatıb. Onların sırasında doktorantlar, rezidentlər və tələbələrlə yanaşı, müstəqil araşdırmaçıların da sayı az deyil. Dövlətin dəstəyi nəticəsində ən müasir standartlara uyğun qurulan Mərkəzi Elmi Kitabxanadan yaşı 18-dən yuxarı bütün şəxslər qeydiyyatdan keçərək, üzvlük kartı əldə edə bilərlər. Qeyd edək ki, MEK-də müxtəlif elm sahələrini əhatə edən nəşrlərin çoxluğu, xarici bazalardan istifadə imkanlarının yaradılması və genişləndirilməsi, fondların müasir üslubda təşkili, elektron resursların təkmilləşdirilməsi, oxucuların rahatlığı üçün hər cür şəraitin mövcudluğu cəmiyyətin, xüsusilə gənclərin kitabxanaya və kitaba olan marağını daha da artırır. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)