MEK-ə “Siyasi-iqtisadi realliqlar” adlı kitab daxil olub
07-04-23
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Rəyasət Heyəti aparatı vitse-prezidentin xidmətində elmi katib Coşqun Məmmədovun “Siyasi-iqtisadi realliqlar” adlı kitabı daxil olub. Kitabda müstəqil Azərbaycan dövlətinin təcrübəsi işığında ölkəmizdə baş verən siyasi-iqtisadi və ictimai prosesləri əks etdirən müasir baxışlar və analitik təhlillər əsasında yazılmış məqalələr təqdim olunur. Kitabın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, nəşriyyat redaktoru Maral Poladova, texniki redaktoru Rəşid Kərimli, korrektoru isə Zərin Vəliyevadır. 188 səhifədən ibarət olan kitab “Elm və təhsil” nəşriyyatında çap edilib. Nəşr müasir cəmiyyətin aktual məsələləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.